Fədayə Laçının bacısı DANIŞDI: "Əslində, Fədayənin XƏSTƏLİYİ SARILIQDIR"
Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Publika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə gələn ifaçının bacısı İlahə Fəda saytımıza açıqlama verərək F.Laçın barədə danışıb: "Qanun qarşında boynumuz qıldan incədir. Nə deyirlərsə, razı olmaq məcburiyyətindəyik. Lakin bacımın vəziyyəti yaxşı deyil. İldə iki dəfə müalicə almalıdır. Mətbuatda yayılıb ki, o, Hepatit C xəstəsidir, lakin bu, yalandır. Əslində, Fədayənin xəstəliyi sarılıqdır, yəni Hepatit B-dir. Əlimizdə epikrizimiz də var. Bu da ciddi xəstəlikdir, ona görə də yaxşı müalicə almalıdır. Biz istəyirik ev dustaqlığına buraxılsın". İ.Fəda bildirib ki, bacısı ilə bir dəfə görüşüb: "Bacımla bir dəfə görüşmüşük. Vəziyyəti elə də ürəkaçan deyildi. Dövlətin qanunlarına görə isə həftədə iki dəfə 10 dəqiqə olmaqla telefonla danışa bilirik. İstintaq prosesinin sona çatmasını və Fədayəni səbirsizliklə gözləyirik. Anam da bu hadisədən sonra çox narahatdır və Fədayədən nigarandır".