Neft pullarımız türk müğənniləri havalandırır...
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Hande Yener Bakıda olarkən Azərbaycan telekanallarından biri ona “çox böyük para” təklif edib.
Həmin təklifə görə, müğənni yeni mövsümdə bu telekanalda yayımlanacaq səs yarışmasında jüri üzvü olacaq. Hər bölmə üçün ona 35 min dollar qonorar veriləcək. Yarışmanın 13 bölmədən ibarət olacağı və müğənninin çəkilişlər üçün hər həftənin 3 gününü Azərbaycanda keçirməli olduğu bildirilir.
Ancaq məlumatda deyilir ki, Hande Yener Azərbaycanda ona edilən “cəmi 1 milyon lirəlik təklifi” məyusluq içində rədd edib. O deyib ki, Azərbaycandakl layihədə yer alması əvvəlcədən planlaşdırılan konsert qrafikini poza bilərdi. İndi Hande Yenerə edilən təklifin başqa türkiyəli müğənniyə edilməsi gözlənilir.
Qeyd edək ki, son illər türkiyəli müğənnilər Azərbaycanda zəngin oliqarxların toy və ad günü ziyafətlərində, müxtəlif məkanlarda təşkil olunan konsert vəYeni il şoularında çıxış etmək üçün yüz minlərlə, bəzən milyonlarla dollar qonorar alırlar. Həm də bəzən söhbət elə müğənnilərdən gedir ki, Türkiyənin özündə onların konsertlərinə gedən olmur və öz ölkələrində Azərbaycana nisbətən dəfələrlə az qonorara çıxış edirlər.