06.06.2014.- Nisə Qasımova Qarabağa gedir

06.06.2014.- Nisə Qasımova Qarabağa gedirXalq artisti Nisə Qasımova 15 iyun “Milli Qurtuluş” günü münasibəti ilə Qarabağda yerləşən hərbi hissələrdə silsilə konsert proqramı ilə çıxış edəcək.
Konsertlər Nisə xanımın istəyi və Müdafiə Nazirliyinin xətti ilə həyata keçiriləcək.

Çoxdan nəzərdə tutulan konsert proqramı xalq artistinin yaradıcılıq işlərinə görə təxirə salınırdı. Payız aylarında işıq üzü görəcək albomunun hazırlığını təxirə salan müğənni bu əlamətdar gündə xalqın və ordusunun qarşısında çıxış etməyə qərar verib.

İlk konsert 11-12 iyun Füzuli rayonunda baş tutacaq. 14-15 iyun tarixlərində isə müğənni xanım Ağdam rayonunda səhnəyə çıxacaq.

Xalq artisti konsert proqramları boyunca sevilən və populyar mahnıları ilə yanaşı vətənpərvərlik mövzusunda yazılmış mahnıları da ifa edəcək.

Qeyd edək ki, konsertlər yerli telekanallar vasitəsilə canlı yayımlanacaq.






Fikirlər