Nazpəri İmamların "qırx"ına görə ad günü keçirmədi

Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür. Axşam.az-ın məlumatına görə, müğənni 49 yaşını qeyd edir.
Nazpəri İmamların "qırx"ına görə ad günü keçirmədi

N. Dostəliyeva doğüm günü ilə bağlı məclis təşkil etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Xalq artisti 23 dekabrın İmamların "qırx"ına təsadüf etdiyi üçün tədbiri təxirə salıb.

Xalq artisti 1964-cü ildə Şamaxıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən sənətçi böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.

1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 9 disk və 1 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə və Kiprdə çıxışlar edib.

1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir. 2000-ci ildə Moskvada Böyük Teatrın səhnəsində, Almaniyanın Hannover şəhərində, 2001-ci ildə isə Norveçin Honisevok şəhərində konsert proqramı ilə çıxış edib. Ailəli olub, iki oğlu var.






Fikirlər