"BUNA GÖRƏ EVDƏ PROBLEM OLMUŞDU" - “QARDAŞLAR”ın BAYRAMI

"Buna görə evdə problem olmuşdu" - “Qardaşlar”ın Bayramı

Aktyor-ssenarist Ənvər Abbasov övladlarından danışıb.

AzerTaym.az Milli.Az-a istinadən xəbər verir ki, aktyor oğlunu futbolçu kimi görmək istədiyini bildirib:

"Mən uşaqlıqda futbolçu olmaq istəyirdim, amma atam icazə vermədi. İndi oğlumu gimnastikaya qoymuşam, amma o da şahmatçı olmaq istəyir. Əlbəttə ki, bu qismətdir. Hansı sənətin sahibi olmaq istəsə, qoy olsun. Ona mane olmaram, əksinə dəstək olaram".

Aktyor "Övladlarınız çəkildiyiniz, ssenarisini yazdığınız seriallara baxır?" sualına belə cavab verib:

"Bəli, baxırlar. Daha çox  "Qardaşlar", "Bozbash pictures"ə  baxırlar. Qızım o gün seriala baxıb mənə deyir ki, sənin iki arvadın var? Buna görə evdə problem olmuşdu. Evdəkilərlə yox a, uşaqla".






Fikirlər