“Bozbash pictures“in yeni layihəsi - “Axırıncı yol“
“Bozbash pictures” komandası yeni filminin çəkilişlərinə başlayıb
Axşam.az-ın məlumatına görə, “Axırıncı yol” adlı ekran işi ilə bağlı aparıcı, aktyor İlkin Həsəni xəbər verib. O, çəkilişlərin 1 ay davam edəcəyini bildirib: “Bu gündən etibarən 1 ay boyunca “Axırıncı yol”u çəkirik. ATV və “İLK media” təqdim edir.
Quruluşçu rejissoru Emil Abdullayev, quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənin olduğu "Axırıncı yol” macəra komediyasıdır”.
Qeyd edək ki, filmdə “Bozbash pictures”in aktyorları Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli rol alacaq.