Xoşqədəmə sərt xəbərdarlıq: "Vüqar Qaradağlının səbri daşsa..."

Xoşqədəmə sərt xəbərdarlıq: "Vüqar Qaradağlının səbri daşsa..."Xoşqədəm Hidayətqızının ATV-dən ayrılmasından sonra telekanal və teleaparıcı ətrafında söz-söhbət səngimək bilmir.

"AzerTaym.az" xəbər verir ki, Ölkə.Az məsələ ilə bağlı yeni məlumatlar əldə edib. ATV prezidentinə yaxın şəxslərdən biri əməkdaşımıza bildirib ki, Vüqar Qaradağlı Xoşqədəm Hidayətqızıdan bərk inciyib:

"Vüqar Qaradağlının göstərdiyi saysız-hesabsız hörmət, humanist mövqenin əvəzində Xoşqədəm xanımın iddiaları, yediyi çörəyə, ocağa hörmətsizliyi ona çox pis təsir edib. Qaradağlı görkəmli şərqşünas alim, peşəkar televizyonçudur. O, çox xeyirxah insandır, Allah adamıdır. Lakin elə də səbrli insan deyil.
Yaxın dostları bilir, Allah göstərməsin, Vüqar müəllimin səbri daşsın... Onda Xoşqədəm Hidayətqızı gözünə görünməsin. Qəzəbi tüğyan edir. Yaxşı olardı ki, Xoşqədəm xanım onun insanlığından istifadə edib, tələblərini irəli sürməsin"
.

Qeyd edək ki, son iki gündə Ölkə.Az-ın sözügedən məsələylə bağlı yaydığı məteriallar geniş rezonans doğurub.






Fikirlər