Xoşqədəm Hidayətqızı ATV-dən getdi...
Azərbaycanın məşhur aparıcı, “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı ATV kanalından işdən çıxıb.
"AzerTaym.az" Qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra ATV də deyil, yeni kanalda - ANS-də yayımlanacaq. Verilişin həftədə beş gün yayımlanması gözlənilir.
Öz növbəsində ANS kanalından faktı Lent.az-a təsdiqləyiblər. Kanaldan bildirilib ki, bununla bağlı yaxın günlərdə Xoşqədəm Hidayətqızı özü geniş açıqlama verəcək.