İlahə Fədadan Tacir Şahmalıoğluna SƏRT SÖZLƏR — Gül kimi bacımı...
O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, T. Şahmalıoğlunun fikirlərinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. “Mən, ümümiyyətlə Taciri adam yerinə qoymuram ki, onun dediyi hər hansı bir sözə, fikir bildirim. Mən səhər də canlı yayımda dedim, konkret fikrimi bildirdim- “İt hürər, karvan keçər”,- deyə İ. Fəda bildirib. Əməkdaşımızın bu anlaşılmazlığın hansı problemdən qaynaqlandığı barədə verdiyi suala müğənni belə cavab verib: “Mənim Tacirin yanında və ya qeyri-birinin yanında başımı aşağı edəcək bir səhvim, günahım yoxdur ki, məni kimsə hədələsin. Sadəcə o, özünü yağ kimi suyun üzərinə çıxarmaq istəyir”. İlahə xanım bacısı, müğənni Fədayə Laçınla olan münasibətlərindən də danışıb. “Biz Fədayə ilə çox mehribanıq. Söz verdiyim kimi el şənliklərinə də gedib, bir yerdə iştirak edəcəyik. Sadəcə, bildiyiniz kimi, yanvar- fevral aylarında toylar az olur. Ona görə, hələki bir yerdə toylarda görüşə bilmirik. Həm də mən əvvəldən toylara çox getmədiyimə görə, məclislərdə nadir hallarda iştirak edirəm”. “Ümumiyyətlə sizə bir şey deyim. Əlbəttdə ki, Fədayə xanımın fikri mənim üçün önəmlidir. Onun bu məsələ barədə bir fikri yoxdur, amma mənim var. Dediyimin sözün də üstündəyəm. Mən əqidəli insanam, harada və kiminlə necə danışmaq lazım olduğunu çox gözəl bilirəm”,- bu fikirləri İ. Fəda Fədayə Laçının onunla Tacirin arasında yaşanan qalmaqala olan münasibətindən danışanda bildirib. Daha sonra “Bundan sonra adını çəkmək istəmədiyim o məxluq mənim haqqımda nə deyirsə desin, mən ona baş qoşub, onun səviyyəsinə enməyəcəyəm. Bacım onunla el şənliklərinə də getsin, o onun şəxsi işidir. Ümumiyyətlə, mən bu məsələyə qarışmıram. Həm də onları məclisə bir yerdə dəvət edirlər. Axı, o, kimdir ki, Fədayə ona görə, qazancından imtina etsin? Sadəcə, mən deyə bilərəm ki, o insanın bacımın həyatında mənfi rolu olduğuna görə, mənim o insanla ürəyim barışmır və mən də bunu açıq şəkildə hər yerdə deyirəm”, - deyə İlahə Fəda vurğulayıb. Sonda müğənni Tacir Şahmalıoğlunun onunla, düşmənçilik etməyə savadının yetmədiyini də bildirib. “Mən çox emosional insanam. Ümumiyyətlə, Tacirin mənimlə düşmənçilik etməyə, zəkası çatmaz. Mən bunu çoxdan bilirdim, ancaq bu gün mənə bir daha sübut oldu ki, o, çox savadsız insandır. Mən ona irad tutmuşam ki, duş qəbul edərkən, videosunu çəkib sosial şəbəkədə paylaşıb. Bu isə cavabında bildirir ki, “48 dərəcə istidə, əynimdə geyimlə, uşaqla çimmişəm. Burada nə var ki?” – Tacirin savadsızlığı elə buradan görünür. Sonra deyir “ İlahəyə, bu “volyanı” kim verir? Baxın, bu insan azərbaycan dilində savadlı danışa bilmir. Deyə bilmir ki, İlahəyə bu icazəni kim verib? Tacir savadsızlığı ucbatından danışdıqca özünü batırır. Mənim ünvanıma deyir ki, mən kişiyəm, onun başına oyun açaram. (gülür) Demək istədiyim odur ki, onun zəkası, İQ səviyyəsi mənimlə eyni səviyyədə olmağa imkan verməz. Ona görə, bu məsələdə artıq söz deməyə ehtiyac yoxdur. Hər şey göz önündədir. O, bilirsiz hansı səviyyədə mənimlə düşmənçilik edə bilər? Uzaqbaşı mən, bloka girəndə sifətimə “kislota” atdıra bilər. Bu qədər. Vallah, heç mən də onunla düşmənçilik etmirəm, sadəcə mənim bu insandan, gül kimi bacımın həyatını məhv etdiyi üçün xoşum gəlmir. Bunu bizim musiqi camiəsində hamı bilir. Sonda bildirim ki, mən bacımı da, anamı da çox sevirəm. Necə hər zaman arxalarında olmuşam, bu, belə də davam edəcək. Mən onları doğruları ilə, səhvləri ilə hər zaman sevmişəm, hər zamanda sevəcəyəm”,- deyə o, fikirlərini tamamlayıb. Qeyd edək ki, Tacir Şahmalıoğlunun ARB TV-nin “Ona qalsa” proqramında İlahə Fəda haqqında dediyi sözləri, tərəflər arasında qalmaqala səbəb olub.