Xalq artisti 72 yaşında ali məktəbə daxil oldu - İlhamə MDU-da təhsil alır

 

 

Xalq artisti İlhamə Quliyeva Moskva Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsində təhsil alır. 

Bu haqda xalq artisti "Onlar" verilişinə müsahibəsi zamanı danışıb: 

"Mən hüquqşünasam. Hazırda Moskva Dövlət Universitetində təhsil alıram. Atam zamanında prokuror olub, bu, mənim genlərimdə var. İndi savadlı insanların zəmanəsidir. Mən də istədiyim işləri görürəm. Diplom alandan sonra hüquqşünas kimi fəaliyyət göstərə bilərəm, amma buna ehtiyac görmürəm. 4-5 vəkilim var. Hüquq sahəsində çox savadlıyam. Vəkillərimə görəcəkləri işlər barədə məsləhətləri özüm verirəm".

Xatırladaq ki, xalq artistinin 72 yaşı var.

Musavat.com






Fikirlər