Toysuz qalıb Rusiyaya üz tutan müğənnilər - Adlar
Artıq bir il olacaq ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə toyların keçirilməsinə qadağa qoyulub. Buna görə də şou-biznes simaları işsiz qalıblar. "AzerTaym.az" xəbər verir ki, bir neçə müğənni işsiz qalmağın çarəsini tapıblar. Belə ki, onlar Rusiyaya üz tutublar. Axşam.az-a istinadla toy üçün Moskvaya köçən müğənniləri təqdim edirik: Müğənni Fədayə Laçın bir ilə yaxındır ki, Rusiyadadır. Əvvəl konsert verməyə gedən ifaçı pandemiyaya görə orada qalıb. Sənətçi yolların bağlandığını, Bakıya qayıda bilmədiyini deyib. İndi isə o, Rusiyada toy məclislərinə qatıldığı üçün Azərbaycana qayıtmağı düşünmədiyini söyləyib. Müğənni Şəbnəm Tovuzlu da ötən aydan Rusiyaya köçüb. İfaçı əvvəl konsert verməyə getsə də, geri qayıtmağa tələsməyib. Şəbnəm indi toy məclislərinə qatılır. Müğənni Xəyyam Nisanov da bu aralar Rusiyaya tez-tez gedən sənət adamlarındandır. Pandemiyadan əvvəl də Rusiya toylarının əksəriyyətində yer alan sənətçi bu dəfə ənənəsinə sadiq qalıb. Azərbaycanda toyların keçirilməsinə icazə verilmədiyini görən müğənni Zenfira İbrahimova da üz tutub Rusiyaya. Artıq bir aya yaxındır ki, ifaçı Rusiyada qalır. O, qatıldığı məclislərdən görüntüləri sosial şəbəkədə yayımlayır. /Yenisabah.az