“Məni arvaddan qorxan kişi kimi tanıyırlar“ - Əlikram Bayramov
“Toyların birində bir kişi mənə yaxınlaşdı, dedi ki, sən yaxşı oxuyursan, amma arvadından yaman qorxursan”. "AzerTaym.az" bildirir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib. “ARB” telekanalında yayımlanan “Heç vaxt heç yerdə” verilişində qonaq olan ifaçı xanımına hər zaman hörmət etdiyini bildirib: “Məni arvaddan qorxan kimi tanıyırlar. Toyların birində bir kişi mənə yaxınlaşdı, dedi ki, sən yaxşı oxuyursan, amma arvadından yaman qorxursan. Mən də öz-özümə fikirləşdim ki, bu mənim arvadımdan qorxmağımı nə vaxt görüb? Biz xanımdan qorxmuruq, sadəcə hörmət edirik. Bir kişi öz xanımına hörmət eləmirsə, demək ətrafına da hörmət eləmir. Ona görə də kişilərdən xahiş edirəm ki, xanımlara hörmət edin. Mən 30 ildir ki, evliyəm. Bizdə boşanıram sözü olmayıb. Düz 11 aydır evə pul gətirmirəm, arvadım demir ki, niyə qazanmırsan? Bizim ailədə boşanma söhbəti yoxdur”.