“Əvvəl müğənniləri Moskvaya 5 manata çağırırdılar, indi 2-3 manata...“

“Əvvəl müğənniləri Moskvaya 5 manata çağırırdılar, indi 2-3 manata...“

Bu, böyük bir məsələdir. Biz deyə bilmərik kimdir. Özü də deyir ki, ailəli şəxsdir. Heç kimi o formada görməmişəm, necə danışım?”

Yenisabah.az xəbər verir ki bu sözləri müğənni Rəvan Qarayev həmkarı Rəqsanə İsmayılovanın Rusiya toylarına gedən müğənnilər haqda fikirlərinə münasibət bildirərkən deyib.

ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında qonaq olan ifaçı Rəqsanəni tənqid edib:

"Xanım düz deyir, rəqabət var idi. Kişiləri qatmayaq, orada az saydadılar. Amma xanımlar çoxdur. Böyük bir məsələdir. Biz deyə bilmərik kimdir. Özü də deyir ki, ailəli şəxsdir. Heç kimi o formada görməmişəm, necə danışım? Adam gördüyünü danışar. Dedikləri böyük söhbətdir, orada oturub, elə şeylər deyir. Öz aralarında olan məsələdir. Rəqsanə neçə ildir oradadır, qiymətin saxlayıb. Əvvəl Moskvaya buradan bir müğənnini 5 manata çağırırdılarsa, indi orada olduğu üçün qiymət 2-3 manata düşüb. Bu, belə olmalıdır”.

Qeyd edək ki, Rəqsanə Rusiyada toya gedən xanım ifaçılara "Toydan sonra evinizə gedin. Gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər”. 






Fikirlər