Azərbaycanlı müğənni: "Elə vaxtlarım olub ki, 10 manata ..."
"Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam". Publika.az xəbər verir ki, bunu əməkdar artist Almaz Ələsgərli Xəzər telekanalında sosial şəbəkələrdə yazılan təhqirlərdən danışarkən deyib. Müğənni məşhurların ünvanına təhqiramiz ifadələr yazan insanları "xəstə" adlandırıb.
"Instagram-da boş-boş yazanlar, fikrini acı sözlərlə ifadə edənlər xəstə insanlardır. Normal adam heç vaxt elə sözlər yazmaz. Səviyyəli biri başqasının xətrinə dəyməz. Elə olur yazırlar ki, kim olmusan? Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam. Bunu deyirəm və utanmıram. Sonradan 50 manata, 100 manata toya getmişəm".
Müğənni bəzən həmkarlarının görməmişliyindən və ünvanlarına belə xoşagəlməz ifadələr yazılmasına əsas vermələrindən də danışıb:
"Mən tamaşaçını da başa düşürəm. Sünilik görəndə qıcıqlanırlar. Bəzi müğənnilər efirə çıxıb deyir ki, 12 min manata paltar geyinirəm və ya paltarımın qiyməti 15 min manat olmalıdır, ya da ayaqqabım 5 min manatdır. Belə şeylər insanı qıcıqlandırır. Həmin müğənnini izləyən tamaşaçı o sözləri deyənin keçmişini bilir. Bəziləri bu danışıqları ilə təhqir olunmalarına zəmin yaradır".(Azərtaym.az)