Nazim Rəqsanə haqda: "O, MÜĞƏNNİ BARƏDƏ DANIŞSAM....."

Nazim Rəqsanə haqda: "O, müğənni barədə danışsam....."

Deyilənlərə görə, müğənni Rəqsanə İsmayılova yazdırdığı mahnılar və Türkiyədə elətdirdiyi aranjimanlar üçün bəstəkar Nazim Məmmədova 4000 dollar borcu var. İfaçı ona borcu qaytarmamaq üçün kimlərəsə zəng elətdirib, hədə-qorxu gəlir ki, o borcu unutdursun.

AzerTaym.az bildirir ki, məsələ ilə əlaqədar olaraq ifaçı sia-ya açıqlama verib: "Doğrudur, bəstəkar Nazim Məmmədovla birgə iş birliyimiz olub. Mən Nazimə sonuncu dəfə 3000 dollar ödədim. Amma mahnını heç götürmədim. Mənə inanmırsınızsa, Hacı Nazimdən soruşa bilərsiniz".

Qarşı tərəf N.Məmmədovla da əlaqə saxladıq. Əməkdaşımız açıqlama verən bəstəkar bu haqda danışmaq istəmədiyini bildirib: "Rəqsanə İsmayılova işlə bağlı adımı çəkə bilər. Amma mən bu haqda danışmaq istəmirəm. Rəqsanə xanımla aramızda baş verənlər gizli qalsa yaxşıdır. Çünki bu cür söz-söhbətlərdə adımın hallanmasını istəmirəm. Eyni zamanda xoşagəlməz məsələ ilə bağlı gündəmdə qalmaq fikrim yoxdur. Mənim kiməsə sözüm olarsa, mətbuat vasitəsi ilə yox, həmin kəsin özünə zəng edib deyərəm. Onu da deyim ki, Rəqsanə xanım haqda danışsam, çox sözlər deyə bilərəm. Amma susuram. Bildiyimə görə, sənətçi aramızdakı problemə görə jurnalistləri mənə tərəf yönəldib ki, mən onlara açıqlama verim. Amma düzgün iş görməyib. O, bilir ki, mən bu haqda danışmayacam. Mənim də media nümayəndələrinə cavab verməməyim ona sərf edir. Rəqsanə İsmayılova bilsin ki, hansısa bir xanım haqda danışmağı özümə və kişiliyimə yaraşdırmaram".






Fikirlər