“Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə bütün dünyada yaşayan Azərbaycanlıları, Azərbaycanı sevənləri təbrik edirəm. Daim var olaq, birlikdə olaq. Əsas da onlara can sağlığı arzulayıram. Sizin kimi bu gün iş başında olan insanlara isə xüsusi bayram təbriki düşür. Allah sizləri qorusun, saytınız daim oxunaqlı olsun”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov bildirib. O daha sonra əlavə edib.
“Bu il zəfər ilidir, bu il bayramlar ilidir. Allah dünyamızı, ölkəmizi, ordumuzu, dövlətimizi qorusun! Şəhidliyə ucalan igidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Özümə də, xalqımıza da, ailəmizə də can sağlığı arzulayıram. Can sağ olmayanda ailə də, uşaq da yaddan çıxır. Can sağlığı olanda isə hər şey tamam olur. İnanıram ki, hər il olduğu kimi bu il də bir çox dünya ölkələrində konsertlərimiz baş tutacaq. Pandemiyaya görə bir çox konsertlərimiz ləğv olunsa da, ilin sonuna yaxın bir neçə ölkədə olub, muğamımızı təbliğ etdik. Bu təbliğatımız inşallah davamlı olar” deyə xalq artisti bildirib.