Nadir toya çağırmadığı müğənnilərdən ÜZR İSTƏDİ...
Müğənni Nadir Qafarzadənin oğlunun bir müddət əvvəl baş tutan toyu ətrafında gedən müzakirələr səngimək bilmir. ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan Əməkdar artist Əlikram Bayramov və Əflatun Qubadov həmkarlarının onları toya çağırmamasından incidiklərini bildiriblər. Əlikram Bayramov öz oğlunun toyuna Nadiri çağırsa da, həmkarının onu dəvət etmədiyini deyib. Əflatun Qubadov isə öz oğlunun toyuna Qafarzadəni dəvət etmədiyi üçün Nadirin də onu çağırmadığını bildirib. Qafarzadə isə öz növbəsində həmkarlarına ismarıc göndərərək üzrxahlıq edib. O, kiçik oğlu Əzizin toyuna mütləq onları çağıracağını qeyd edib. "Əlikram, birinci sənə dəvətnamə göndərəcəm", - deyərək həmkarının könlünü almağa çalışıb. \Yenisabah.az