“Zaura dedim ki, mənimlə zarafat etmə, canlı efirdə cavab qaytardım, dedi ki...”

“Zaura dedim ki, mənimlə zarafat etmə, canlı efirdə cavab qaytardım, dedi ki...”

“Evimi söküblər, kirayədə yaşayıram, kompensasiya vermirlər”
 
“Aşıq sənəti çox qəliz və şərəfli bir sənətdir. Saz meydana gələndə bəlkə də dünyanın heç bir yerində musiqi aləti olmayıb. Bu gün şou baş alıb getsə də, bir çox tamaşaçı onun tərəfdarı deyil. Cəmiyyətdə kişilərə çox üstünlük verilir yoxsa bambılılara? Yaxşı musiqi də həmçinin belədir. 67 yaşım olacaq, hələ nə özüm, nə valideynlərimin, nə də övladlarımın qursağında haram tikə olmayıb. Nə qazanmışamsa halallıqla qazanmışam. 10 manatlıq yerdə oxumuşam, 5 manat veriblər demişəm ki, “Allah əvəzini versin”. Kimsə bayağı bir kişi kənardan gətirib cibimə 10 manat qoymayıb. Qoysa belə mən onu götürməmişəm. Tanımadığım insanların toyuna getməmişəm, tanıdığım, əsilli-nəsilli insanların toyuna getmişəm. Elə insan olub ki, imkanı olmayıb, ürəyi məni istəyib, durub getmişəm. Üstəlik hədiyyə də aparmışam”
 
Bunu Moderator.az-a tanınmış aşıq, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva bildirib. O daha sonra əlavə edib.
“Zaur Kamal hamıyla zarafat edir, demişəm ki, mən zarafat xoşlamıram, normal oxuyan kimi çağırırsansa gəlim. O vaxt hansısa sənətçilərin üzünü yuduzdurduğu da, makiyajını sildirdiyi də oldu. İnsan gərək özü-özünə dəyər versin. Bir dəfə istədi nəsə zarafat etsin, dedim ki, xoşuma gəlmir, mənimlə zarafatlaşma. Hətta atmaca da atdı, cavabını verdim, dedi ki, canlı efirdir. Dedim ki, danışma, danışmayım. Hərcayi sözün hərcayi də cavabı olar. Sağ olsun, dəvət edir məni. Mənim xətrimi istəyir, mən də onun xətrini istəyirəm” deyə aşıq bildirib.
 
“Sizcə bu gün aşıq sənəti layiqincə təmsil olunur?” sualına isə belə cavab verib.
 
“Bir dəfə aşıq Mübarizə dedim ki, sən niyə sazı bu günə qoyursan? Atıb tutursan? Dedi ki, ay Solmaz xanım, camaat buna pul verir, mən də ailə saxlayıram. Sonra Mübariz öz üzərində işlədi. Bu gün Mübarizin gözəl ifaları da var. Bizim aşıq qızlardan birinə dedim ki, sən fonoqram ifa edirsən. Amma fanaqramda özünü elə öldürürsən ki, guya sazı canlı ifa edirsən, bu qadına yaraşmayan hərəkətdir. Mənə nə desə yaxşıdır? Dedi ki, məni toya çağıranda deyirlər ki, başını oynat. Dedim ki, səni toya baş oynatmağa çağırırlar, yoxsa sənət göstərməyə?
Pandemiyada toylar olmayanda bir dəfə də çıxıb efirdə ağlamadım. Amma 15 min manata toya gedən müğənnilər hamısı efirlərdə ağlayırdılar. Ayda sən 10 toya gedirsənsə, bu  160 min edir” deyə aşıq bildirib.
 
Solmaz Kosayeva evinin söküldüyünü bildirib.
 
“Rus Səfirliyi ilə üzbəüz, Ağadadaş Qurbanov 97 ünvanında evim var idi. 2 qızımla orada qeydiyyatda idik. Evimi sökdülər, kampensasiyanı da vermədilər. Mənə ev də verə bilərdilər, kampensasiya da. Bu gün dövlətdən mən ev istəyə bilmərəm, dövlətin o boyda problemləri var, müharibədən yeni çıxmışıq. Dedilər ki, hansısa böyük adam tikdirib, sənə pul düşmür. Bəlkə də onun xəbəri yox idi ki, yazdığı pul mənə çatmadı. Kimsə yazıb götürüb. Çox istərdim ki, mənə  prezident təqaüdü verilsin, o pulla 2 otaqlı ev alım. Arzum bircə budur. Hazırda qızımla kirayə yaşayıram. Mən hələ də o ünvanda qeydiyyatdayam. Onsuz da bu dünyada hamımız kirayədə yaşayırıq. Milyonçu olan da bu virusdan öldü getdi. Allah acgözlərin gözünü doydursun. İnsan iki şey aparır, lənət və rəhmət!” deyə sənətkar bildirib.






Fikirlər