“Nənə və babamın evi Şuşanın girəcəyində idi, ora gedəcəyim günü səbrsizliklə gözləyirəm...”

“Nənə və babamın evi Şuşanın girəcəyində idi, ora gedəcəyim günü səbrsizliklə gözləyirəm...”

“Düşünürəm ki, insan yaşa dolduqca, gənclik və uşaqlıq illərini xatırladıqca daha çox duyğusal olur. Mənim uşaqlıq illərimdən çox gözəl təəsüratlarım var. Uşaqlıqdan musiqi, rəqslə məşğul olmuşam. 4-cü sinifdə oxuyanda “Ögey ana” filmində Cəmilə obrazına çəkilmişəm. Mənim uşaqlıqda vaxtım boş keçməyib, dolu olub. Ona görə də hər dəfə uşaqlığımı yada salanda xoş təəssüratlar yaranır. İndiki valideynlərə tövsiyyəm odur ki, uşaqlara çox vaxt ayırıb, onları bacardıqları qədər maarifləndirsinlər. Bu gün uşaqların Beynəlxalq müdafiəsi günüdür, bütün uşaqlara, içində mənim iki oğlan nəvəm olmaqla onlara möhkəm can sağlığı, uğurlu gələcək arzu edirəm”.
 
Ad - 00:11

 

Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova deyib. O, daha sonra deyib.
“Mən çox sevinirəm ki, illərdir işğal altında olan torpaqlarımızı ordumuz və dövlətimizin gücü ilə geri aldıq. Mən uşaqlıq illərində Qarabağda çox olmuşam. Mənim ana tərəfdən nənəmin əsli Şuşalı idi. Uşaqlığım Şuşada keçib. Biz uşaqlıqda yaylağa Şuşaya gedib, orada dincəlirdik. Cıdır düzünə, İsa bulağına, Turşsuya gedirdik. Anam həkim işləyirdi, Laçında, Kəlbəcərdə də olmuşam. İndiyə qədər öz övladlarıma deyirəm ki, Şuşanın ətrini duyuram. Şuşa alınan günü gözümdən yaş gəldi, inanmırdım. İndi də Allahın köməyi ilə hazırlaşırıq Şuşaya getməyə. Düzdür, bir günə gedib qayıdacağıq. Çox səbrsizliklə Şuşaya gedəcəyim günü gözləyirəm. Mənim babamın evi Şuşada o vaxt “Dom otdıx” deyirdilər, sonra alıb pansionat etdilər. Yolun bu tərəfində isə bizim iki mərtəbəli evimiz var idi. Sonralar o evi söküb, böyük bir çayxana tikdilər. Bu evlərin hər biri Şuşanın girəcəyində idi. İndi həmin evləri, məhəllələri görmək üçün səbrsizlənirəm. Bu gün inanıram ki, nənəmin də, anamın da, babamın da ruhu şaddır” deyə Sevinc Axundova deyib.






Fikirlər