Namiq Qaraçuxurlu bal ayında - Foto
Bu yaxınlarda toyu olan meyxanaçı Namiq Qaraçuxurlu bal ayına gedib. Millixeber.com-un məlumatına görə, sənətçi getdiyi ölkənin adını gizli saxlayıb. O, istirahətlə bağlı təəssüratlarını bölüşüb: “Bəzən istirahət adıyla səfərə çıxırsan, getdiyin yerdə tezdən oyanıb gecəyə kimi gəzmədiyin məkan qalmır. Gecə qaldığın ünvana yorğun çatıb, ağır işdən gəlmiş kimi yatırsan. Səfərdə günlər belə davam edir. Soruşanda “Hardasan?”. Cavab verirsən ki, “İstirahətdə”. Hər bir istirahətdən sonra dincəlməyə ehtiyac var”. Qeyd edək ki, N.Qaraçuxurlu açıqlamasında bütün yayı dincəlmədiyini, toydan sonra bal ayına yollanacağını bildirmişdi.
1 / 2