Tatlısəs oğlunu və nəvəsini evdən qovur...
Türkiyəli müğənni İbrahim Tatlısəs nəvəsi Mert Tatlısəsi onun sahibi olduğu evdən çıxartmaq üçün məhkəməyə müraciət etməsindən danışıb. Axşam.az xəbər verir ki, oğlu və nəvəsinin "ağlı yerində deyil" iddiasını həzm edə bilmədiyini söyləyən ifaçı həmin kirayə puluna ehtiyacı olmadığını deyib: "Həmin kirayə haqqını bəxşiş verirəm. Müayinələrdən keçdim. Övladıma bunun üçün müayinə kağızı vermək, onların məni dəli kimi görməsindən üzülürəm. Bunu həzm edə bilmədiyim üçün evdə qalmalarını istəmirəm. Uşaqlarımın hamısına baxıram, ev verirəm. Ahmet də öz övladının ev ehtiyacını qarşılasın. Mənim kimi ata, baba tapa bilməyəcklər". Tatlısəs əlavə edib ki, nəvəsi 5 ildir onun evində icazəsiz qalır. O, oğlunun və nəvəsinin onun səhhəti ilə bağlı yaydığı xəbərin işinə təsir etdiyini bildirib.