“Mən də FETÖ qazisiyəm” – İbrahim Tatlısəs
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs vaxtilə güllə ilə vurulması işinə biganə yanaşdıqları üçün sabiq polis və məhkəmə vəzifəlilərindən İstanbul Baş Prokurorluğuna şikayət edib.
Avropa.info xəbər verir ki, 7 avqust mitinqində özünü “FETÖ qazisi” adlandıran Tatlısəs həmin dövrdə istintaq aparan şəxslərin onun vurulmasına göz yumduğunu iddia edib.
Tatlısəs verdiyi şikayət ərizəsində əvvəllər vəzifədə olan polis və məhkəmə vəzifəlilərinin FETÖ/PYD üzvü olması, qəsdən yaxud ehtiyatsızlıq üzündən adam öldürməyə cəhd, konstitusion quruluşu dəyişdirmək maddələri ilə mühakimə olunmasını istəyib.