İBRAHİM TATLISƏSİN ƏMLAKI MÜSADİRƏ OLUNDU
Rejissor Erol Köşə ilə müğənni İbrahim Tatlısəs məhkəməlik olublar. "AzerTaym.az" Ölkə.az-a istinadən xəbər verir ki, Erol Köşə alacaqlarına görə məhkəmədə "Tatlıses" markasına həbs qoydurub. Aralarında bağlanan musiqi albomu müqaviləsini pozan İbrahim Tatrlısəs artıq Erol Köşəyə bir dəfə məhkəmənin qərarı ilə 500 min dollar təzminat ödəyib. Bu dəfə isə yenə aralarında bağlanmış başqa bir müqavilənin şərtlərinin pozulmasına görə Erol Köşə məhkəməyə müraciət edib və məhkəmə İbrahim Tatlısəsə məxsus, lahmacun və ciy küftə bişirən nəhəng restoranlar şəbəkəsi də daxil olmaqla, "Tatlısəs geyim" və digər markalara da həbs qoyub.