İbrahim Tatlısəs oğlundan polisə ŞİKAYƏT ETDİ...

Tatlısəs oğlundan polisə şikayət etdi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsdən şikayətçidir.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, İ. Tatlısəs oğlunun onu təhdid etdiyini iddia edib. Sənətçi Bodrum Polis Şöbəsində verdiyi ifadədə özünə məxsus 20 mənzilin satışında oğluyla fikir ayrılığı yaşadığını bildirib:

“Mənim Bitezdə 21 mənzilim var. Mənzillərin 20-sini tapdığım müştəriyə satacaqdım. Ancaq oğlum mənzilləri özünün satacağını və bu işə məni qarışdırmayacağını bildirib. Mənim mülklərə getməyimə əngəl ola bilmək üçün də “O, bura gəlsin görüşərik, onu gözləyirəm” şəklində təhdidvari cümlə söyləyib”,- deyə Tatlısəs ifadəsində qeyd edib.

Şikayətdən sonra oğul Tatlısəs polis şöbəsinə çağırılıb. İfadə verdikdən sonra isə sərbəst buraxılıb.






Fikirlər