HÜLYA Avşardan İBRAHİM Tatlısəs və SİBEL Can haqqında ŞOK AÇIQLAMA
Hülya Avşar illər sonra İbrahim Tatlısəs və Sibel Can haqqında şok açıqlama verib. Publika.az xəbər verir ki, məşhur aparıcı Sibel Canın saçlarını yolmaq istədiyini etiraf edib: "İzmir Sərgisində İbrahim Tatlısəs ilə səhnəyə çıxacaqdıq. Afişalar vurulmuşdu. Ancaq İbrahim Tatlısəs məni heyətdən atdı. Yerimə Sibel Canı aldı. Böyük xəyal qırıqlığına uğramışdım. Çox ağladım. Sibel Canın saçlarını yolmaq istəyirdim. Sonra köməyimə Muazzez Abacı çatdı. Məni alt heyətinə daxil etdi". Məlum olub ki, Hülya Avşara qəzəblənən İbrahim Tatlısəs çıxış etdiyi restoranın sahibinə zəng vurub "Sibeli bu gecə göndərdin göndərdin. Yoxsa, bir daha sənin kazinolarının heç birində səhnəyə çıxmayacağam" deyib. Bu hadisədən sonra Sibel Can ilk təyyarə ilə İzmirə gəlib.