23.03.2014. - Sibel Can oğurluqda ittiham olundu (VİDEO)
AzerTaym.az ANS-ə istinadən xəbər verir ki, müğənni Alihan Sibel Canın axırıncı albomunda səsləndirdiyi “Kış masalı” mahnısının musiqisinin onun daha əvvəl oxuduğu "Bu kadın neden ağlıyor" mahnısına aid olduğunu iddia edib. Alihan iddiaları sübut etmək üçün MESAM-dan (Musiqi Əsəri Sahibləri Məslək Birliyi) aldığı, bu mahnının özünə aid olduğunu göstərən sənədi də təqdim edib.
Alihan həm Sibel Canı, həm də mahnının bəstəkarı kimi göstərilən Adəm Gümüşkayanı məhkəməyə verəcək.
“Bu məsələdə fikir bildirəcək yeganə qurum MESAM-dır. Onlar da araşdırmalar nəticəsində mahnının mənə aid olduğunu sənələşdiriblər. Bu saatdan sonra Sibel Can konsertlərində bu mahnını oxuya bilməyəcək. Onu məhkəməyə verəcəyəm. Albomdan da bu mahnını çıxaracaq” – deyə Alihan bildirib.
Sibel Canın Meneceri Orhan Alkan isə bu iddiaların doğru olmadığını, mahnının pulunu veriklərini deyib:
“Mahnılara “You-Tube”da qulas asdığınız vaxt aralarında nə qədər fərq olduğunu görərsiniz. Bu mahnı 3 ildir var və internetdə 35 milyon dəfə dinlənib. Alihanın ağlına indi gəlib? Biz mahnının pulunu vermişik. Alihan bu yolla gündəmə gəlməyə çalışır”.