"Bu günü 7 il gözlədim" - FOTO

Axşam.az bildirir ki, Ülvira övladının özəl günündən fotoları sosial şəbəkədə yayımlayıb. O, şəkillərə bunları qeyd edib:

"Bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk Universitetinin tibb fakültəsindən məzun oldu. Məzuniyyət mərasimində hər məzunu adı iıə çağırıb, diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Çox çətin yol gəldi qızım öz dostları ilə bərabər, dərslər çox ağır, müəllimlər həm əzazil, həm mərhəmətli. Atatürk Universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır. Deyirlər, Atatürk Universiteti Ankarada olsaydı, Hacettepe ilə yarışardı.

Dostlar, qızlarınızı oxudun, mütləq oxusun. Ali təhsil vacib deyil, qazandıran peşələri olmalıdır, mütləq. Qızlarımız halal zəhmətlə pul qazansın, özlərinə arxayın, özgüvənli olsunlar, həyatdan qorxmasınlar, ayaq üstə dik dursunlar. Bütün gənclərin yolları açıq olsun".






Fikirlər