Atatürk səsinə heyran qaldığı rus müğənnini övladlığa götürmək istəyib
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün səsinə heyran qaldığı sovet opera artisti İvan Jadanı övladlığa götürmək istədiyi ortaya çıxıb. Modern.az xəbər verir ki, rusiyalı yazıçı Georgi Nikitinin “Samizdat” jurnalında qələmə aldığı yazıya görə, Jadan digər məşhur sovet artistlərlə 1935-ci ildə Atatürkün dəvəti ilə Türkiyədə konsert turuna qatılıb. Qonaq sənətçilər arasında məşhur bəstəkar Dmitri Şostakoviç və skripkaçı Devid Oistrah da yer alıb. Müəllifin yazdığına görə, sovet sənətkarların Ankarada verdiyi konsertdə Atatürk gənc ifaçı Jadanın səsinə heyran qalır. Yazıda "Atatürk, sənətkar Jadanın səsinə güclü şəkildə heyran qalır. Atatürk, Jadanı övladlığa götürmək istəyir və özünə monogram yazılı qızıl örtmə siqaret təbəqəsi da hədiyyə edir”, - ifadələrinə yer verilib. Yazıda sənətkarın 2-ci Dünya Müharibəsi illərində Almaniyanın faşist qoşunlarına əsir düşdüyü və daha sonra işğal altındakı Ukraynada alman əsgərlərinə konsertlər verdiyi də yer alıb. Nikitin bu vəziyyətin sovet rəhbərliyinin sərt reaksiyasına səbəb olduğunu bildirib. Müharibədən sonra Jadanın Amerikaya köç etdiyi və sənətkar karyerasının da ABŞ-da uğursuzluqla nəticələndiyi qeyd edilib.