Atatürkə bağışlanan xalçanın sirli şifrələri – Sensasion iddia (FOTO)
İmperializmə qarşı Qurtuluş mücadiləsi verərək müstəqil bir dövlət quran Atatürkün düçüncə və hərəkətləri digər məzlum xalqlar üçün ilham qaynağı olmuşdu. Müəyyən vaxtlarda Şimali Afrika və Asiyadakı bir çox toplumlar Türkiyəyə baxıb müstəqillik uğrunda mübarizəyə qalxaraq dövlətlərini qururlar. Belə ölkələrdən biri də Hindistan idi. Öz müstəqil dövlətlərini quran Hindistanın dövlət başçısı 1930-cu ildə Atatürkə sevgi və dostluğun rəmzi olaraq ipək xalça hədiyyə göndərir. Deyilənə görə, xalçanın üzərindəki naxış və motivlər xüsusi olaraq bir kahin tərəfindən hazırlanıb və burada Atatürkün həyatı ilə bağlı sirli şifrələr yer alıb. Maraqlı burasıdır ki, xalça illərlə heç kimin diqqətini çəkməyib. Ancaq son illər Atatürkə göndərilən hədiyyələri tədqiq edənlər xalıya diqqət edəndə onları heyrət bürüyüb. Çünki xalçadakı motivlər son dərəcə maraqlı idi. Dördkünc şəklində olan xalçanın üzərində bir saat şəkli çəkilib və saat 09:07-ni göstərir. Atatürkün ölümü ilə bağlı verilən açıqlamalara görə, Atatürkün ürəyi 09:05-də dayanıb, beyin ölümü isə iki dəqiqə sonra gerçəkləşib. Xalçada olan saat Atatürkün dünyasını dəyişdiyi anı göstərir. Maraqlıdır ki, xalçada olanlar tək bunlardan ibarət olsaydı, təsadüf deyib keçmək olardı. Ancaq xalçanın ana naxışlarını Kasımpatı (payızda açan rəngli güllər – R.S) çiçəkləri bəzəyir. Noyabr aynda yetişən bu çiçəklər kədər və acının simvolu kimi bilinir. Bundan başqa, xalçada on qollu bir şamdan və on ədəd fil ornamenti də var. Bütün bunlara diqqət etdikdə “Noyabrın 10-da saat 09:07-də bir hüznün yaşanacağı” anlamına gəldiyini görürük. Atatürkün ölümü ilə bağlı verilən məlumatda deyilir ki, 1938-ci il noyabrın 7-də həkimlər Atatürkün qarnından üçüncü və son dəfə su çəkiblər. (http://www.bilgilersitesi.com/ataturk-ne-zaman-nasil-oldu-ataturk-hangi-tarihte-oldu-vefat-etti-ataturkun-oldugu-gun-ve-tarih-nedir.html) Noyabrın 8-də isə aşxam saat 19:00-da Atatürk həkimi Neşet Ömer İrdelpə baxaraq “aleyküməssəlam” deyir və komaya girir. Noyabrın 9-u günü və gecəsi Atatürk komada olur. Nəhayət, komadan ayılmayan Atatürk 1938-ci ilin noyabrın 10-da səhər saat 09:05-də İstanbul Dolmabaxça Sarayında həyata gözlərini yumur. Bir daha aydın olur ki, Hindistandan hədiyyə kimi göndərilən xalçada olan toxumalar Atatürkün ölümü ilə bağlı məqamlara bir işarədir.