Atatürk aeroportunda həyəcan: İŞİD üzvləri tutuldu

Atatürk aeroportunda həyəcan: İŞİD üzvləri tutuldu

Dünən axşam saatlarında İstanbulun Atatürk Hava Limanında anti-terror əməliyyatı keçirilib.

Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində iki İŞİD üzvü zərərsizləşdirilib.

Terrorçular ölkəyə Ukraynadan gəliblər.

Həm Qırğızıstan, həm də Rusiya pasportu olan 25 yaşlı K.V. və Ukrayna pasportu olan 35 yaşlı F.M-in üzərinə baxış zamanı 4 ədəd termal snayper tüfəngi üçün nəzərdə tutulmuş durbin, 3 dəst hərbi paltar, başqa şəxslərə aid 2 pasport, 3 ədəd Qırğızıstan şəxsiyyət vəsiqəsi və 5 doğum sənədi aşkar edilib.






Fikirlər