Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqladı - VİDEO
Müğənni Tacir Şahmalıoğlu ikinci dəfə evləndiyini açıqlayıb. AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ilk nikahının 25 yaşında gerçəkləşdiyini deyib. Bu haqda "7 tamam" proqramında danışan ifaçı cəmi 6 ay ailəli qaldığını bildirib: "Bu mənim ikinci evliliyimdir. Birinci evliyim 6-7 ay çəkdi. Onda 25 yaşım var idi. Ondan övladım yoxdur, müharibə vaxtına düşmüşdü. Səhv addım atdım, düşünmədən evləndim. Böyüyümün sözünə baxmadan hərəkət etdim. Gördüm ki, ata-ana duası olmadan mümkün deyil". Tacir əlavə edib ki, 4 ildən sonra ikinci dəfə evlənib: "İkinci nikahım 29 yaşımda oldu". Qeyd edək ki, T.Şahmalıoğlunun hazırki nikahından 3 övladı var.