Tanınmışların Yeni İl planları - Kim, harada olacaq?

“Tanınmışların Yeni İl planları - Kim, harada olacaq?Artıq bir neçə gündən sonra Azərbaycan sakinləri Yeni il bayramını qeyd edəcək.

Ölkənin bütün TV kanallarında məşhur müğənnilərin iştirakı ilə şənliklər, konsertlər və digər əyləncəli verilişlər, müsabiqələr keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, incəsənət adamları bayramı harada və necə keçirəcəyi haqda ans press-ə danışıblar.

Xalq artisti İlhamə Quliyeva bayram günü ailəsi ilə birgə olacağını deyib:

“Ailəmin arasında olacam. Adatən bayramı yaxınlarımla birlikdə keçirirəm. Hələ bilmirəm dəqiq hara gedəcəm. Ola bilsin Bakıdan kənara çıxım bağa gedim”.

Xalq artisti Yalçın Rzazadə 31 dekabr ad günü olmasına baxmayaraq, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir. O səs-küyü xoşlamır:

“Mən həmişə evdə otururam. Ümumiyyətlə mən səs-küyü sevməyən adamam. Sakitliyi sevirəm mən, çoxluğu sevmirəm, öz dünyamda, öz aləmimdə oluram. O da ağır nəticə verir. Tək olur adam, həyat problemləri adamı sıxır. Enişli-yoxuşlu həyatdır bu. Həyat monoton olsa maraqsız olar”.

Xalq artisti, gülüş ustası Arif Quliyev yeni ili ancaq evdə keçirəcəyini deyib:

“Mən ancaq evdə keçirirəm. 1 - 2 kanal şənliyə dəvət edib, lakin ssenarisi xoşuma gəlməsə getməyəcəm. Yeni filmə çəkildiyim üçün vaxtım çox yoxdu.

Tanınmış gənc müğənni və bəstəkar Murad Arif Yeni İli İsveçin paytaxtı Stokholmda keçirəcəyini deyib.

“Mən artıq 2 ay əvvəl viza üçün sənədlərimi yığmışam. Onun üçün heç bir restoranla danışmamışam. Ailəmlə bərabər İsveçin Stokholm şəhərində keçirəcəm. Ola bilsin oradan başqa ölkəyə də getdim. Əsl qış tətili keçirmək istəyirəm. 2 həftə istirahət edəcəm sonra işimə dönəcəm”.

Hal hazırda Gürcüstanda olan gürcü əsilli müğənni Manana Yeni ili Bakıda keçirəcəyini və səhnədə olacağını deyib:

“Yeni il gecəsini səhnədə keçirmək artıq məndə həmişə adət olub, Əvvəl ailəmlə keçirəcəm lakin gecə saat 12-də artıq səhnədə olacam. Mən hər ili səhnədə qeyd edirəm ki, yeni il də səhnədə olum”.

Xalq artisti Baloğlan Əşrəfov birmənalı olaraq bildirib ki, yeni il axşamı heç vaxt tədbirlərə qatılmayacaq:

“Məni tanıyanlar bilir ki, mən hər yeni ili evimdə qarşılıyıram. Oğlumun ad günüdür 31 dekabr. Onun üçündə elə evdə oluram”.

Müğənni Əlikram Bayramlı Yeni ili Lerikdə keçirəcək:

“Lerikə gedəcəm. Oğlum təzəlikcə ailə həyatı qurub ora qonaq çağırıblar. Gedib orada 2-3 gün qalib Bakıya dönəcəm”.

Müğənni Nadir Bayramlı hansısa bir döngədə Yeni ili keçirdə biləcəyini deyib:

“Demək olar ki evdə keçirdəcəm. Bir iki yerə dəvət ediblər, hələ dəqiq bilmirəm. Çox güman ki, hansısa səhnədə, ola bilsin yolda və yaxud hansısa bir döngədə, hətta hansısa işiqforun yanında belə yeni ilimi keçirə bilərəm”.

Xalq artisti Nazpəri Dostəliyevanın köməkçisi isə bildirib ki, ifaçı bu il bayramda evdə ailəsi ilə bərabər olacaq.

 






Fikirlər