“FAYTONÇUyam, ATIM QARA, özüm cavan, BƏXTİM QARA” – Rafael Dadaşov RAFAEL DADAŞOV

 

Mən “odnolyub”, yəni bir qadına bağlı insan olmuşam. Bir dəfə vurulmuşam, sevmişəm, evlənmişəm və uşaqlarım dünyaya gəlib. Həmin sevgi bu gün də mənimlədir”.
Moderator.az xəbər verir ki, bunu bu ilin yanvar ayının əvvəlində xalq artisti Rafael Dadaşov 70 illiyi ərəfəsində müsahibəsi zamanı bildirmişdi.
Həmin vaxtdan heç bir ay vaxt keçməsinə baxmayaraq xalq artistinin həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə “Zuhal Topalla İzdivac” proqramında iştirak edib. Sədaqət Dadaşova proqramın aparıcısına 64 yaşında olduğunu, hazırda Türkiyədə bacısıgildə qonaq olduğunu bildirib. O, evlilik proqramının iştirakçısı olan Oqtay bəy üçün müraciət edib. Oqtay bəy və Sədaqət xanım arasında maraqlı dialoq baş tutub. Razılaşan cütlük daha yaxından tanış olmaq üçün çay içməyə yollanıblar.
Xalq artisti Rafael Dadaşovla əlaqə saxlayaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Təəssüf ki, xalq artisti “Mən elə bir yerdəyəm ki, danışa bilmirəm, başqa yerdəyəm. Bir azdan sonra zəng vurun” deyərək danışmaqdan imtina etdi və əlbəttə ki, sonra zəng vursaq da telefonumuzu açmadı.
Xatırladaq ki, az əvvəl Space kanalında xalq artisti Rafael Dadaşovun doğum günü qeyd edilmişdi. Həmin proqramda xalq artisti efirdən xanımı Sədaqət Dadaşovaya salamlar göndərmişdi.
Onu da qeyd edək ki, xalq artistinin yubileyi ərəfəsində sosial şəbəkələrdə və saytlarda xanımı və övladları ilə birlikdə çox səmimi şəkilləri yayılmışdı.






Fikirlər