“PREZİDENTİN mənə VERDİYİ EVİ SATDIM...” - Aygün Kazımova + Video
“Hollivud layihəm üçün artıq işə başlamışdıq geriyə yol yox idi. Yenə pul tapmaq məcburiyyətində qaldım . Hollivudda olanda sözgedən layihəni saxlamaq istəyirdim . Bir qismini ödəməliydim. Amma artıq nə qədər pul getmişdi. Fikirləşdim ki bu qədər pul itirmişəm, bu qədər də iş görmüşük”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsız” rubrikasının qonağı olan zaman söyləyib. Müğənni bildirib ki, “Hollivud layihəsinə görə prezidentin ona verdiyi evi satıb: “Türkiyədə məni aldatmışdılar, layihə üçün 300 min istəmişdilər. 250 min bankdan kredit götürdüm. Heç kimə heç nə deyə bilmirdim. Artıq geriyə yol yox idi. Hollivuddan qayıtdım. Bir qism ödəmələr qalırdı. Ölkə rəhbərliyi sənətimə qiymət verib mənə ev bağışlamışdı, hədiyyə etmişdi. Bilirsiniz ki, ölkə rəhbərliyi sənətçilərə qiymət verən zaman ev verir, qonararlarla mükafatlandırır. Bu xoşbəxtlik mənim payıma da düşmüşdü. O ev veriləndə o qədər sevinmişdim ki… Həmişə fikirləşirdim ki, mən həmin evə köçəcəm, qonaqlar qəbul edəcəm. O evi satdım. O pulu əllərimlə aparıb layihəyə verdim. Bir sözlə tələyə düşərək layihəni bitirdim. Bu illər ərzində nə qazanmışdımsa, nə əldə etmişdimsə bu layihəyə qoydum. Hətta indi yaşadığım ev də o layihənin qurbanıdır. Hələ də banka ödəniş edirəm”, - deyə xalq artisti əlavə edib. Xalq artisti açıqlamasında ona qoyulan qadağalara da toxunub: “Həyatımda qadağalar çox olub. Həm evimizdə, həm dövlət televiziyasında. Məsələn rejissorlar məni çəkirdi. Bir mahnı oxuyacaqdımsa, əvvlcədən hazırlaşırdım . Öncədən də hamıya zəng edib deyirdim ki, baxın bu gün axşam, yaxud günorta verlişdə olacam. Oturub gözləyirdim, baxırdım ki, konsert bitdi, amma mən yoxam. Mənə deyirdilər ki, əgər bu konsertdə çıxış etmək istəyirsənsə ,yupkanı 1 sm aşağı sal. Yəni, bu 1 sm o qədərmi rol oynayır? Mənə şərt qoyurdular ki, Respublika sarayında səhnəyə çıxırsansa səhnədən enib insanların arasına getmə. Amma mən səhnəyə çxanda başqa hisslər baş verirdi, bu hissləri başa salmaqdan bezmişdim. Ailə quranda da bu qadağalarla üzləşdim. Mənə dedilər ki oxumayacaqsan. Bağlı qapı arxasında qalmışam, amma yenə də mənə qadağa qoyan insandan qəlbimdə böyük sevgi ola-ola qaçmışam, sənətimə qovuşmuşam. Evdə oturanda xoşbəxt ola bilmirdim. Hər bir insanın öz alın yazısı var”. Sənətçi televiziyalarda ona qoyulan qadağaların sifarişli olduğunu vurğulayıb: “Mənə olan qadağalar sifarişli, kiminsə şəxsi qərəzliyi ilə olub. O zaman çox gücsüz idim. Mənim ağlıma belə gələ bilməzdi ki, kimsə məni efirə çıxmağıma qadağa qoymaq istəyər . İndi gözüyumulu bilirəm ki, bir qəzetdə mənim haqqımda bir yazı çıxdı, o saat bilirəm ki, bu flankəsin işidir. Montaj olunmuş şəklim yayıldısa, bilirəm ki, bu filankəsin işidir və bu müsahibəmdən sonra edilib. İnda hamı - bütün şou biznesdə olanlar mənim üçün açıq kitabdır. O qədər haqsızlıqlar olur ki, fikirləşirəm ki, bu səhndən çıxım gedim. Hər şeyi demək olmur. Çox vaxt məni yanlış anlayıblar. Çünki səhnədəki Aygünlə həyatdakı Aygün fərqlidir. Amma həyatda mənə səhəndəki Aygün kimi qiymət verirlər. Çox vaxt mənə səhv don geydirilər”.