“Şeytanla əlbir olan insanlardan məni Allahım qoruyur”
AzNews.az-a açıqlamasında sənətkar ad gününü evində, övladlarının yanında keçirəcəyini deyib:
“Həmişə olduğu kimi, ad günümü gözəl əhval-ruhiyyə ilə qeyd edəcəm. İnşallah, balalarımın əhatəsində olacam. Mənə bu gün ən böyük hədiyyə elə övladlarımın özüdür. Onlar ağlımı, kamalımı və adımı mənim səviyyəmdə daşımalıdır. Elə Allah onları mənə hədiyyə verib. Onların övladları isə mənə lap böyük hədiyyədir”.
N.Dostəliyeva əlavə edib ki, səhər tezdən nə ev, nə də mobil telefonlarım susur: “Sənət dostlarım və fanatlarımdan gələn zənglərə görə telefon dayanmır. Çox xoşbəxtəm ki, mənim bu qədər sevənlərim var. Hər bir pis auradan məni bu sevgi qoruyur. Cinlərlə, şeytanlarla əlbir olan insanlardan Allahım məni qoruyur. Kim nə qədər cadu edirsə-etsin, heç birinin mənə dəxli yoxdur. Məni Allah, xalq, cəmiyyət, gənclər sevir. Bu, mənim Allahdan gələn nemətimdir. Daha mənə nə lazımdır? Çox xoşbəxtəm”.
Müğənni neçə yaşını qeyd etməsini deməsə də, qarşıdan gələn yubileyinin təmtəraqlı şəkildə keçirəcəyini vurğulayıb.
Bahar RÜSTƏMLİ