Yerli məşhurlarımız cazibədar görünmək üçün hər şeyə əl atır. Kimisi soyunur, kimisi hamam şəklini paylaşır, kimisi 3 dəfə burun əməliyyatı etdirir, kimisi üzünə, dodağına silikon doldurur, kimisi qabırğalarını çıxartdırır, əksəriyyəti də “fotoshop” deyilən proqramla bütün əyər-əskiklərini montaj edib, özünə əl gəzdirir.
“İnstagram”dakı məşhur xanımların ən cazibədarlarının “Top 10”-luğunu tərtib edirik.
Çöhrəsində təbəssüm
10-cu yerdə müğənni Sevda Yahyayeva qərarlaşıb. Gözəlliyi müğənnini hər yerdə xilas edir. Şəkil çəkdirərkən xüsusi poza verməyi sevməsə də, çöhrəsindəki təbəssümü, demək olar ki, hər yerdə onu xilas edir.
O, bu işin sirrini bilir
Azərbaycana “Eurovision” qalibiyyəti qazandıran Nigar Camal mütəmadi olaraq yeni fotolarını izləyiciləri ilə paylaşır. Onun hər paylaşımı səs-küyə səbəb olur. Axı uzun müddət peşəkar komanda ilə çalışdığı üçün şəkil çəkdirərkən cazibədar görünməyin sirlərini çox yaxşı bilir.
ATV telekanalının simasına çevrilən Afaq Gəncəli də qüsursuz görünməyə çalışır. Bacarır da. O, bütün şəkillərində cazibədardır.
Boyu və uzun ayaqları...
7-ci pillədə model Bahar Kommiyeva qərarlaşıb. Müğənnilərimizdən fərqli olaraq, hündür boyu və uzun ayaqları Baharın əsas silahıdır. Şəkillərində xarici görünüşünü daha çox qabardan model, təbəssümü ilə fotolarına xüsusi cazibədarlıq qatır.
Hər gün kefdə-damaqdadır...
6-cı pillədə “Miss Millenium” Validə Abbasova qərar tutub. Onun “İnstagram” hesabını izləyib bədən quruluşunun ideal qaldığına təəccüblənməmək mümkün deyil. Axı o, demək olar ki, hər gün əyləncə məkanlarında ziyafətlərdədir. O, yediyi-içdiyi hər şeyin şəklini izləyiciləri ilə paylaşır. Yeməkdə özünə sərhəd qoymayan Validə bədən quruluşu və cazibədarlığı ilə gənc qızlara meydan oxuyur.
Gözəlliyi ondusa...
“TOP-10”-un beşincisi model Kamilla Babayevadır. O, “İnstagram” hesabında daha çox peşəkar fotosessiyalardan olan şəkillərini paylaşır. Hündürboy gözəlimiz cazibədarlığını daha çox geyimləri ilə qabartmağı xoşlayır. Bu da onda kifayət qədər uğurlu alınır.
Yeni libasları ilə cəsarətli pozlar
Müğənni Röya Ayxan yerli məşhurlar arasında “İnstagram”da ən çox izləyicisi olan müğənnidir. Son vaxtlar daha çox oğlu ilə olan fotolarını paylaşır. Ancaq yeni libasları ilə cəsarətli pozlar verməyi də sevir. Türkiyədə etdirdiyi yeni fotosessiyasında isə onun cazibədarlığı xüsusilə qabarıq nəzərə çarpır.
Fotokamera qarşısında böyüyür
Gənc müğənni Günay İbrahimli bizim onluqda üçüncüdür. Hər həftə yeni fotosessiya etdirən müğənni özü də şəkil çəkdirməkdən zövq aldığını etiraf edir. Kamera qarşısında model kimi də peşəkarlaşan müğənni, cazibədarlığını hər şəkildə vurğulamağa çalışır.
Özü saçlarını, izləyənləri ayaqlarını...
İkinci pillədə isə teleaparıcı, aktrisa, “Seksi Zemfira” kimi tanınan Zemfira Adıgözəlovadır. Saçlarını cazibədarlığı hesab edən Adıgözəlova şəkillərində məhz onları vurğulasa da, izləyiciləri daha çox onun ayaqlarını bəyənir. “İnstagram”ın ən cazibədar xanımlarından olan Zemfira Adıgözəlova, hər gün yeni fotoları ilə izləyicilərini sevindirir.
Sizin Aygün yenə...
Nəhayət, illər ötməsinə baxmayaraq, istər geyimi, istər fəallığı, istərsə də, cazibədarlığı ilə sizin Aygün yenə birincidir. Bunun səbəbi isə illər keçsə də, onun cazibədarlığını itirməməsi və hələ də gündəmə diqtə etməsidir. Əvvəlcə saçlarının rəngini göyərdib, sonra gözlərinin və dırnaqlarının rəngini də ona uyğunlaşdıran müğənni ayaqlarını daha cazibədar hesab edir. Qatıldığı bütün tədbirlərə ultraqısa şortlarla qatılan Kazımova, ayaqları ilə fotokameralara poz verməyi xüsusilə sevir.(Publika.az)
(Azərtaym.az)