“Özünə bax”da final həyəcanı

“Özünə bax”da final həyəcanıATV telekanalının zövq yarışması “Özünə bax” finala hazırlaşır. Azertaym.az-ın məlumatına görə, yarışmanın finalı yanvarın 8-də şəhərin dəbdəbəli otellərindən birində baş tutacaq. Gecəyə türkiyəli modelyerlər Hakan Akkaya, İvana Sert təşrif buyuracaq. Layihənin siması Ruhi Əliyeva tədbirdə tanınmış türkiyəli məşhurun da iştirak edəcəyini bildirib. Onun adı isə sirr saxlanılır.
Qeyd edək ki, Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.






Fikirlər