Tehranda DƏDƏ ŞƏMŞİR adına Beynəlxalq aşıq musiqisi festivalı keçiriləcək

Mayın 24-də İranın paytaxtı Tehran şəhərinin "Bəharan" mədəniyyət musiqi salonunda Dədə Şəmşir adına Beynəlxalq aşıq musiqisi festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirə İranın bütün bölgələrindən aşıqlar qurupu dəvət olunub.
Bu festivalda Türkiyə, Azərbaycan və Gürcüstandan aşıqlar çıxış edəcək ki, şeirlər əsasən Dədə Şəmşirdən olacaq.  
İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazi bildirib ki, bu festivala hazırlıq 3 aydan çox vaxt aparıb. Festivalda 6 ustad aşıq "Dədə Şəmşir" diplomu ilə təltif ediləcək. Tədbirə dövlət adamları, nazirlər, nazir müavinləri, millət vəkilləri, şəhər rəsmiləri və İrandakı səfirlər də dəvət olunublar.ym.
AzerTaym.az

 

 






Fikirlər