Namiq Qaraçuxurlunun cəmiyyətdən gizlətdiyi eks-həyat yoldaşı və oğlanlarının FOTOLARI

Vaxtilə evləndiyini və iki uşaq atası olduğunu dəfələrlə inkar edən tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun eks həyat yoldaşı və oğlanları tapılıb.

Namiq Qaraçuxurlu uşaqlarının anası Solmaz xanımla evlənərkən çox gənc olub. Ailə qurarkən Namiqin 23, Solmaz xanımın isə 24 yaşı olub.
Solmaz Şükürova 1977-ci il təvəllüdlüdür. Namiq isə 8 noyabr 1978-ci ildə doğulub.
Keçmiş cütlüyün rəsmi nikahı 30 avqust 2001-ci ildə Suraxanıda 2 saylı VVAQ-da bağlanıb. Rəsmi nikahdan sonra Solmaz Namiqin soyadını götürüb və Solmaz Şükürova kimi qeydiyyata alıınıb.
Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar.
Başı şou-biznesdə uğur qazanmağa qarışan Namiq Qaraçuxurlunun ailəsi qısa müddətdə dağılıb. Artıq 2004-cü ilin mart ayından onlar ayrılırlar. Bir ildən sonra isə rəsmən boşanıblar.
Namiq və Solmaz Şükürovaların rəsmi nikahı 2 dekabr 2005-ci ildə Suraxanı rayon məhkəməsində pozulub.
İki oğul anası olan Solmaz xanım bu illər ərzində ailə qurmayıb.
Əldə etdiyimiz məlumata görə, Solmaz xanım ailə təhsillidir və övladlarına yaxşı tərbiyə verib. Türk liseyində təhsil almış Ümid və Ülvi, məlum səbəblər üzündən məktəblər bağlandığından hazırda Bakıdakı orta məktəblərdən birində oxuyurlar.






Fikirlər