Arif Quliyevin HƏYAT yoldaşı ölüm ayağında

arif

Azərbaycanın Xalq artisti, gülüş ustası Arif Quliyevin həyat yoldaşı ağır xəstəliyə tutulub.

 AzerTaym.az  1Xəbər.com-a istinadən xəbər verir ki, komediya aktyoru Arif Quliyevin xanımı ağır xəstəliyə – Hepatit C virusuna yoluxub. Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb.

Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu haqda açıqlama verən Arif Quliyev bildirib ki, həyat yoldaşının müalicəsi üçün külli miqdarda vəsait tələb olunur: “Çox çətindir, xanımımın qaraciyəri demək olar ki, tamailə sıradan çıxıb. Düzdür, prezident təqaüdçüsüyəm, fəxri adımın təqaüdünü də aliram. Amma yenə də xəstəxana xərclərini ödəmir. Arada-sırada toylara gedirəm. Heç kəsi narahat etmək istəmirəm. Sağ olsun Prezident, 3 ay əvvəl mənim Türkiyədə əməliyyat olunmağıma yardım etdi. Artıq utanıram, heç kəsi narahat etmək istəmirəm. Bir evim var, lazım gəlsə, onu satıb həyat yoldaşımın müalicəsinə xərcləyəcəyəm”-, deyə o bildirib.

Qeyd edək ki, hazırda 66 yaşlı xalq artisti Arif Quliyevin öz səhhətində də problemlər var. Aktyor beyinə qanın normal işləməməsindən əziyyət çəkir.






Fikirlər