“Bu şəhərdə”nin COŞQUNU əməliyyat olundu
“Bu şəhərdə” komandasının üzvü, əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub.
Musavat.com xəbər verir ki, bu haqda “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat yayıb: “Bu gün bizim Coşqun növbəti (inşallah sonuncu olar) əməliyyatı keçirdi. 3 saatlıq əməliyyat uğurlu keçdi, hər şey yaxşıdır. Coşqunun ailəsi, dostları adından Neftçilər Xəstəxanasının bütün kollektivinə təşəkkür edirəm. Allah qismət etsin, xəstəxanada yox, konsertlərdə görüşək”.
Qeyd edək ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimova qalxanvarı vəzinin xərçəngi diaqnozu qoyulmuşdu.