Sən demə insanların sevgi hissləri səhər yuxudan qalxarkən pik nöqtədə olur.
AzerTaym.az bildirir ki, atv.az-ın məlumatına görə, alimlərin son araşdırması səhər ehtirasının insanların sağlamlığı üçün olduqca faydalı olduğunu üzə çıxarıb. Məlum olub ki, həm kişilər həm da qadınlarda ehtiras hormonları səhər saatlarında digər vaxtlarla müqayisədə daha yüksək səviyyədə olur. Bu proses kişilərdə özünü daha çox biruzə verir.
Elm adamlarının sözlərinə görə, səhər yuxudan qalxdıqdan dərhal sonra yaşanan cinsi əlaqə depressiya problemini aradan qaldırır, qan dövranını yaxşılaşdırır. Həmçinin insan özünü daha gümrah hiss edir. Bildirilir ki, insan yuxudan qalxarkən bədəndəki temperaturun çox olması cinsi əlaqənin daha yaxşı alınmasına şərait yaradır.
Araşdırmalar zamanı daha bir maraqlı fakt üzə çıxıb. Məlum olub ki, səhər vaxtı cinsi əlaqə yaşayan şəxslər gün ərzində güzgüyə baxarkən özünün gözəl və yaraşıqlı olduğunu hiss edir.
Fikirlər