20.05.2014. - "Nə qədər pul verdiyinə baxmaq mədəniyyətsizlik olardı

20.05.2014. - "Nə qədər pul verdiyinə baxmaq mədəniyyətsizlik olardıAzərbaycanda Soma faciəsinə görə, başladılan dəstək kanpaniyası yaxşı bir nümunədir. Qardaş ölkədə yaşanan bu faciəyə azərbaycanlıların humanizminin göstəricisidir. Belə bir aksiyada 1 manatından keçən də, 1000 manatından keçən də eyni hissləri yaşayır və öz dəstəyini eyni səviyyədə bildirmiş olur. Bu məqamda kimin aksiyada iştirak üçün nə qədər pul verdiyinə baxmaq mədəniyyətsizlik olardı”.

Bu sözləri qafqazinfo-ya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan bildirib. Deputat deyib ki, onlar tərəfindən başladılan bu aksiyaya qoşulan deputat həmkarı Eldar İbrahimovun digər millət vəkillərindən az məbləğdə yəni 78 manat (100 dollar) ödəməsinin mediada yanlış istiqamətdə müzakirə olunması etik çərçivədən kənar haldır:

“Eldar İbrahimov bu aksiyaya ağsaqqal deputat kimi qoşulub. Əslində, o, 1000 manat yardım etmək istəyirdi. Biz razı olmadıq, çünki onun gəlirələri buna münasib deyil. Onun adının bu marafonda çəkilməsi bizə kifayət edir. İndi götürüb bəzi informasiya vasitələrinin “78 manat müzakirəsi etməsi” bu aksiyaya hörmətsizlik deməkdir”.

N.Aslan, həmçinin bildirib ki, bu aksiyada millət vəkilləri ilə yanaşı, sadə insanlar, o cümlədən şagirdlər və xadimələr də iştirak ediblər. Onların arasında 7 manat yardım edən də olub.
Onun sözlərinə görə, bu günədək 10 min vəsait toplanıb və aksiya davam edir.






Fikirlər