Dünyaca məşhur azərbaycanlılar – FOTO

Dünyaca məşhur azərbaycanlılar – FOTO

Çoxlarımız Azərbaycanda yaşayıb-yaradan məşhurları tanısaq da, xarici ölkələrdə yaşayan soydaşlarımızın bəzilərini tanımırıq. Bəlkə də bir çoxlarını əcnəbi olaraq tanısaq da, xəbərimiz yoxdur ki, onlar Azərbaycan əsillidirlər.

AzerTaym.az 1news.az-a istinadla dünyaca məşhur azərbaycanlıları təqdim edir:
Lütfi Zadə (əsl adı – Lütfəli Rəhim oğlu Əsgərzadə) azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Lütfi Zadə bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.
Emin (Emin Ağalarov) 1979-cu ildə Bakıda doğulub. Hazırda Rusiyada yaşayan Azərbaycan əsilli müğənni və musiqiçi, bir sıra mahnıların müəllifi, sahibkar və "Crocus Group” şirkətinin vitse-prezidentidir.
Araz Ağalarov – 1955-ci ildə Bakıda anadan olub. İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir. 2012-ci ildə Forbes jurnalının Rusiyanın "daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutub.
 
Çağla Şikel – aktrisa, model və aparıcı. Azərbaycan əsilli Qars ailəsindəndir, İstanbulda dünyaya gəlib. Anası adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cu ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Nəsrin Cavadzadə – 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.  Hazırda Türkiyədə serial və kino aktrisasıdır. Nəsrin Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunudur.
Sami Yusuf – 21 iyul 1980-ci ildə dünyaya gələn Cənubi Azərbaycandan olan dünya şöhrətli müğənni və bəstəkardır. İngiltərədə yaşayan Azərbaycan əsilli müğənni, yazıçısı, bəstəkar, prodüser və musiqiçidir. Dünyanın ən prestijli musiqi institutlarından biri olan Londondakı The Royal Academy of Music də daxil olaraq bir çox tanınmış bəstəkarlardan musiqi təhsili alıb. Eləcə də Sami Yusif dünyada ən çox albomları satılan və YouTube-da klipləri izlənilən müğənnidir.
 
Fərhad Yusifov və ya Mark Jozef –  Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseridir. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya Dövlət Kinomotoqrafiya İnstitutunun Bədii filmin rejissorluğu fakültəsini bitirib. Bir sıra ekran əsərlərində  - "Nizami”, "Dədə Qorqud” (Tural), habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.
Timur Rodriqez (əsl soyadı – Kərimov) – Rusiyada şoumen, müğənni, TV və radio aparıcı, aktyor, bir sıra məşhur telelayihələrin iştirakçısıdır. O, 1979-cu ildə Rusiyanın Penza şəhərində azərbaycanlı aktyor Mikayıl Kərimovun ailəsində dünyaya gəlib.
Rüstəm Cəbrayılov – aktyor və model.  1986-cı ildə Rusiyada azərbaycanlı ailədə dünya gəlib. "The Best Model Of Azerbaijan - 2007” və "Best Model of the World - 2007” müsabiqələrinin qalibidir. Eləcə də Rüstəm bir sıra müsabiqələrdə qalib gəlib. O, "Nissan”, "Samsung”, "Brioni”, "Gucci”, "Yves Saint Laurent”, "D&G”, "Marc Ecko”, "Çinici Collection”, "Century 21” kimi məşhur şirkətlərlə çalışıb.
Rober Osseyn – fransız teatr və kino aktyoru, rejissor, prodüser, "Marinyi” bədii teatrının rəhbəridir. O, 1927-ci ildə Parisdə skripkaçı və bəstəkar Andre Osseynin (Əminulla Hüseynov – azərbaycan əsilli) ailəsində doğulub. 
Sara Şahi – ABŞ-da aktrisa və foto modeldir. Atası – İranda yaşayan azərbaycanlı, anası isə ispandır.
Andrea Kərimli (Mantea) – Rumıniyada yaşayan azərbaycan əsilli fotomodel.
Byanka Balti – məşhur italyan modeli. Atası məşhur model, anası isə Azərbaycan əsillidir.
 
Aylar Dianati Li - Norveçli model və aktrisa. Milliyyətcə Cənubi Azərbaycandandır.

 






Fikirlər