ATV-nin "Yoxlama" verilişində biabırçılıq - "Hamınızı işdən ÇIXARACAM"
ATV- də yayımlanan "Yoxlama" verilişi bu dəfə paytaxt Bakıda yerləşən məktəblərdəki vəziyyəti araşdırmaq üçün təhsil ocaqlarına yollanıb. Azər İsmayılovun aparıcılığı ilə yayımlanan verilişin bu dəfəki, buraxılışı da qalmaqalsız ötüşməyib. Belə ki, məktəb direktorları bufetlərdə yoxlama aparılmasına icazə verməyib. Xətai rayonu 171 saylı məkəbdə vəziyyət elə həddə çatıb ki, yeməkxana işçiləri qapına bağlayaraq direktorun "qapını aç" əmrinə tabe olmayıblar. Qəzəblənən direktor işçilərin üstünə qışqıraraq onları işdən azad ediləcəkləri ilə hədələyib. Aparıcı isə bütün bunları bufetin səliqəli vəziyyətə gətirilməsi üçün direktorun qəsdən vaxtı uzatmaq istəməsi ilə əlaqələndirib. AzerTaym.az