Vokalist Şahin İsmayılov xalq artisti Brilliant Dadaşovanı tənqid edib.
AzerTaym.az xəbər verir ki, Ş.İsmayılov "ATV maqazin onlarla” verilişində sənətçinin ünvanına xoşagəlməz sözlər deyib:
"Brilliant xanım həmişə zümzümə ilə oxuyur. Zümzümə etmək sənəti yola verməkdir. Mən onun tərəfdarı deyiləm. Mətbəxdə xanımlar işləyə-işləyə zümzümə edə bilərlər. Müğənni səsini və sənətini göstərməlidir. Səs açıq və təmiz olmalıdır”.
Xalq artistinin mətbuat xidmətinin rəhbəri isə məsələyə belə aydınlıq gətirib:
"Biz elə adam tanımırıq. Hər kəsin bir fikri var. Zövqlər müxtəlifdir, mübahisə etmək olmur. Onu peşəkar vokalist kimi tanımadığımız üçün fikrinə münasibət bildirmək istəmirik. Əgər o Brilliant xanımın adıyla gündəmə gəlmək istəyirsə, biz onlara cavab vermirik. Hazırda bir çox gənclər, sənətkarlar bu üsuldan yararlanır. Bu gündəmdə və maraqda olmayanların populyarlaşmaq üsuludur. Brilliant xanımın adıyla gündəmə gəlmək istəyirlər”.
Fikirlər