Oğlu Brilliant Dadaşovanı təəccübləndirdi - FOTO
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev uzun zamandan sonra anası üçün kamera qarşısına keçib. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bundan Brilliant xanım çəkiliş efirə gedən zaman xəbər tutub. "V element"də qonaq olan xalq artisti oğlunun efirə marağının olmadığını, kiçik yaşlarında dilə tutmaqla bəzi verilişlərə çıxara bildiyini deyib. Verilişin komandası hazırladığı sujetlə Brilliant Dadaşovanı təəccübləndirib. Verilişə müsahibə verən Cahad anası haqqında bunları danışıb: "Şou-biznesdən uzaq olmağa çalışmışam. Nə müğənni, nə də aparıcı olmaq istəmişəm. Peşəm tamam başqadır. Efirə çıxmaq istəmirdim, çünki insanların diqqəti üzərimdə olsun istəmirdim. Diqqəti hər insan xoşlayır, amma onu özün qazananda yaxşıdı. Diplomat və ya başqa peşə sahibi olub ekrana çıxıb danışa bilərəm. Yoxsa çıxıb deməyəsən ki, mən filankəsin uşağıyam mənə diqqət ayırın. Mən anama etiraf etmək istəyirəm. Həmişə mənə deyir ki universiteti özün bitirdin, ingilis dilini özün öyrəndin. Amma bunları həyata keçirəndə, arxamda anamın dayandığını bilmişəm. Əsas nailiyyətlərimin arxasında 80 faiz anamın dəstəyi durur. Ondan gələn dəstəyi heç kim etməyib mənə". Oğlunun müsahibəsindən təsirlənən xalq artisti öncə komandanı bu cəhdinə görə alqışlayıb. "Onu yola gətirmək çox çətin idi. Siz bunu necə bacardız? Zaman tez keçir. Oğluma baxanda elə bilirəm bu gün dünyaya gəlib. Artıq həddi-buluğa çatıb. Həyatımda ən vacib insan oğlumdu". Milli.Az