Öpüşün möcüzəsi və faydası, amma METRODA YOX...

Картинки по запросу ÖPÜŞMƏYİN XEYRİ

Əgər insanlar öpüşməyin orqanizm üçün nə qədər faydalı olduğunu bilsələr, yəqin ki, bu xoş vərdişdən əl çəkmək iddiasından birdəfəlik vaz keçəcəklər.

Mütəxəssislər öpüşməyin faydasının aşağıdakılardan ibarət olduğnu bildirirlər.

İlk növbədə öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir.

İnsan öpüşən zaman kalori sərf edir. Odur ki, daha çox öpüşməklə insanlar pəhriz saxlamadan arıqlaya bilərlər.

Öpüşmək kariesin yaranmasına qarşı ən gözəl vasitədir. Belə ki, öpüşən zaman ağız boşluğundakı turşuluq normallaşır və tənzimlənir.

Öpüşərkən qanda adrenalinin səviyyəsi yüksəlir ki, bu da insanda zehni və fiziki fəallığı artırır.

Ürək damar sisteminin gimnastikası üçün öpüşmək ən effektli vasitələrdən biridir. Belə ki, öpüşən zaman insanın nəbzi daha sürətlə döyünür, qan dövranı yaxşılaşır.

Gərginliyə, stressə və depresiyaya qarşı mübarizədə öpüşməyin müsbət təsiri böyükdür.

Öpüşmək ağciyərlərin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, insan adi halda bir dəqiqədə 20-25 dəfə nəfəs alıb verirsə öpüşəndə bu rəqəm 60-a çatır.

Öpüşmək insanı üz dərisinin qırışmasından xilas edir. Öpüş üz dərisinin 30-35 əzələsinə təsir edir ki, məhz bu əzələlərə başqa vasitə ilə təsir etmək olmur.

Öpüş zamanı insan orqanizmində xəstəlik yarada biləcək bakteriya və virusları məhv edən neyropeptidlər yaranır ki, bununla da bir çox xəstəliklərə qarşı profilaktik tədbir görülmüş olur.

Baş və diş ağrısını aradan qaldırmaq üçün öpüşməkdən dərman kimi istifadə etmək olar. Çünki öpüş zamanı qana endorfin daxil olur ki, bu da ağrıların kəsilməsində böyük rol oynayır.

Öpüşən zaman orqanizmdə histaminin yaranması aşağı səviyyəyə düşür ki, bu da allergiyaya qarşı dəyərli vasitələrdən biridir.

Öpüşmək həm də insanın qəlb rahatlığı, səhvlərin bağışlanması, mehribanlığın əsasıdır.

Öpüşən insanlar uzunömürlü olurlar. Statistik göstəricilərə görə hər gün öpüşməyə vaxt ayıran insanlar öpüşməyənlərə nisbətən 5-7 il çox yaşayırlar.

Öpüşün möcüzəvi faydalarından nəticə çıxarın. Öpüşünüzü sevdiklərinizdən əsirgəməyin. Bir məsələ də var ki, bəzən sözlə ifadə edilə bilməyən mətləblər öpüşlə daha tez izah olunur. Amma bir şərtlə ki, yalnız özünüzə məxsus olan öpüş səhnələrinizi metroda, ictimai yerlərdə nümayiş etdirməyin.






Fikirlər