ATV-də yayımlanan “Maşın” realiti şousu ətrafında yaranan qalmaqal səngimək bilmir.
Verilişin ilk günü yarışmadan çıxan Elton Hüseynəliyev layihənin aparıcısı Murad Dadaşova qarşı ağır ittihamlar səsləndirməyə davam edir:
“Dünən Murad gördü, oyun düz getmir, Elcanla məni əsəbiləşdirərək qarşı-qarşıya qoydu. Bütün iştirakçılar hər şeyi bilir. Orada bir qazanan var, o da şounun ağasıdır. Reklama gedirik deyib məni canlı yayımda qoyan Murad Dadaşov deyilsə, bəs kimdir? O nə istəyirsə, o da olur. Ora getdiyim üçün çox peşmanam. Elcanla işim yox idi, bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum”.
Elton aktrisa Oksana Rəsulovanın qeyri-səmimi olduğunu söyləyib:
“Oksana xanım, orada ən böyük qruplaşma sənin və Aqil M. Quliyevin əlindədir. Danışanda bir az səmimi ol! Murad yaxşı etdi Kənanı saxladı, bəli saxladı! Çünki tapşırılan iki nəfərdən biri Səbuhi, biri də Elcandır. Səbuhi getdi, Elcan sənə isə uğurlar! İnşallah, finalda olarsan! Tolik, sənin isə orada qalmağının heç mənası yoxdur. Yenə də özün bilərsən! Kənan sənə halaldır! Orada səmimiyyəti ancaq səndə və Nadirdə gördüm”.(qafqazinfo)