Könül Xasıyevaya qarşı dələduzluq - 70 MİN MANATI ALIBLAR
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Bu barədə “Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb: “Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”. Könül Xasıyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib: “Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm”.